Qusarda peşəkar inkişaf proqramı çərçivəsində cüdo seminarları davam etdirilir

Əziz Əzizli
Qusarda peşəkar inkişaf proqramı çərçivəsində cüdo seminarları davam etdirilir

Qusarda peşəkar inkişaf proqramı çərçivəsində seminarlar davam edir.

Operativ Media xəbər verir ki, növbəti sessiyalarda “ne-waza” texnikalarına xüsusi diqqət yetirilib. İştirakçılar “osae-komi-waza” (tutma fəndləri), “kansetsu-waza” (oynaq texnikaları) və digər yerüstü texnikaları təcrübədən keçiriblər.

Bununla yanaşı, “tachi-waza” (ayaqüstü texnikalar) mərhələsindən sonra “ne-waza”ya keçid və davamlılıq üzərində işlənib. Bu yanaşma məşqçilərə hücumların ardıcıllığını düzgün qurmaq, həmçinin müxtəlif vəziyyətlərdən effektiv nəticə çıxarmaq imkanı verib.

Proqrama şimal və cənub bölgələrindən 35 məşqçi qatılıb. Təlimlər Azərbaycan Cüdo Federasiyasının təcrübəli təlimatçıları – Orxan Səfərov, Samir İsmayılov, Asiman Allahverdiyev, İsmayıl Rzayev və İbrahim Aslanov tərəfindən aparılır.

Digər xəbərlər