Menyu

“Everton” “Vilyarreal”ın hücumçusu Eyongu transfer edə bilər

Əziz Əzizli
“Everton” “Vilyarreal”ın hücumçusu Eyongu transfer edə bilər
1 dəq oxu

"Everton" "Vilyarreal"ın hücumçusu Karl Etta Eyongun transferində maraqlıdır.

Operativ Media bu barədə "Football Espana"ya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, ingilis klubu 21 yaşlı kamerunlu ilə sentyabrın 1-dək müqaviləni bağlamaq niyyətindədir.İspanlar futbolçunu satmaq fikrində deyillər, lakin 2025/26 mövsümündə ona çoxlu oyun şansı verməkdən imtina edilərsə, o, "Everton"un təklifini dinləyə bilər. Eyni zamanda, "Vilyarreal" da danışıqlara icazə verməlidir.

2024/25 mövsümündə Eyong "Vilyareal"ın ikinci komandası da daxil olmaqla, bütün yarışlarda 35 matçda 20 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 5 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər