Menyu

Braziliyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb

Nərmin Qocamanlı
Braziliyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb

Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 48-ə çatıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, San-Paulu əyalət səlahiyyətliləri tərəfindən edilən açıqlamada fevralın 18-dən bəri davam edən daşqınlarda ölənlərin sayının artdığı bildirilib.

Təbii fəlakətdə indiyədək 48 nəfərin həyatını itirdiyi, 36 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.

Əyalət Mülki Müdafiə Koordinatoru Hengeel Ricardo Pereira verdiyi açıqlamada fəlakət bölgəsindən təxminən 3 min insanın təxliyə edildiyini, davam edən şiddətli yağışlar səbəbindən işlərin çətinləşdiyini bildirib.

Bölgəyə humanitar yardımın hərbi helikopterlə çatdırıldığı paylaşılıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva fevralın 21-də təbii fəlakət bölgəsinə səfər edib və helikopterlə havadan araşdırma aparıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər