Azərbaycanın daha bir güləşçisi dünya çempionatında medal qazandı
Əziz Əzizli
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Operativ Media xəbər verir ki, yunan-Roma güləşçimiz Fəraim Mustafayev bürünc medal qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Fəraim Mustafayev 3-cü yer uğrunda görüşdə yaponiyalı Takaku Suzukiylə üz-üzə gəlib. 5:4 hesabı ilə qalib gələn idmançımız dünya üçüncüsü olub.
Qeyd edək ki, bu gün daha bir yunan-Roma güləşçimiz medal qazanıb.
Teqlər:
"Az\u0259rbaycan\u0131n daha bir g\u00fcl\u0259\u015f\u00e7isi d\u00fcnya \u00e7empionat\u0131nda medal qazand\u0131"