Menyu

“Araz-Naxçıvan” Premyer Liqada 50-ci səfər qolunu vurdu

Əziz Əzizli
“Araz-Naxçıvan” Premyer Liqada 50-ci səfər qolunu vurdu

Azərbaycan Premyer Liqasının II turunun “Turan Tovuz”la oyununda vurulan ilk top “Araz-Naxçıvan” üçün əlamətdar olub.

Operativ Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb.

Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.

Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb – 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.

Teqlər:

"\u201cAraz-Nax\u00e7\u0131van\u201d Premyer Liqada 50-ci s\u0259f\u0259r qolunu vurdu"

Əlaqəli Xəbərlər