"Rubin" "Turan Tovuz"un baş məşqçisini təbrik edib

Əziz Əzizli
"Rubin" "Turan Tovuz"un baş məşqçisini təbrik edib

"Rubin" sabiq baş məşqçisi Kurban Berdıyevi ad günü münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, avqustun 25-də mütəxəssisin 73 yaşı tamam olub.

“Kurban Bekieviçi səmimi qəlbdən təbrik edir, ona cansağlığı, bütün məqsədlərinə çatması və məşqçilik sahəsində uğurlar arzulayırıq! ” - klubun bəyanatında deyilir.

Berdyev 2001-ci ilin avqustundan 2013-cü ilin dekabrınadək və 2017-ci ilin iyunundan 2019-cu ilin iyununadək "Rubin"ə rəhbərlik edib. 2004-2012-ci illərdə o, Kazan klubunun vitse-prezidenti vəzifəsində də çalışıb.

Onun rəhbərliyi altında “Rubin” iki dəfə Rusiya çempionu olub, iki dəfə ölkə çempionatında bürünc, iki dəfə Superkubok, bir dəfə isə Rusiya kubokunu qazanıb.

Digər xəbərlər