Xorvatiya çempionatında 4-cü turun oyunları keçirilib.
Operativ Media xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv son çempion "Rieka"nın qonağı olub. Oyun Rüfətin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət meydana 68-ci dəqiqədə, hesab 1:1 olarkən buraxılıb.
Qeyd edək ki, əvvəlki iki turda 2 heç-heçə ilə yadda qalan "Varajdin" bu qələbə sayəsində xal hesabını 5-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.