Menyu

"Beşiktaş" "Yuventus"un müdafiəçisini transfer edir

Əziz Əzizli
"Beşiktaş" "Yuventus"un müdafiəçisini transfer edir
1 dəq oxu

"Beşiktaş" heyətini yeni müdafiəçi ilə gücləndirməyə yaxındır.

Operativ Media xəbər verir ki, "qartallar" "Yuventus"un portuqaliyalı mərkəz müdafiəçisi Tiaqo Djalonu heyətinə qatmaq istəyir.

Portuqaliyalı futbolçu indiyədək 156 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. U16-dan U21-ə qədər milli komandada çıxış edən Djalo bir dəfə böyüklərdən ibarət milli komandada Portuqaliya yığmasında da çıxış edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 8 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər