ÇL: "Qarabağ"ın rəqibləri bəlli olur

Əziz Əzizli
ÇL: "Qarabağ"ın rəqibləri bəlli olur

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra Liqa mərhələsində iştirak edəcək son 7 komanda da müəyyənləşib.

Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da adını qitənin ən nüfuzlu klub turnirinə yazdırmağı bacarıb. Həmçinin “Kopenhagen”, “Benfika”, “Brügge”, “Kayrat”, “Pafos” və “Bodo-Qlimt” də pley-offdan Liqa mərhələsinə yüksəliblər.

Nəticədə əsas mərhələdə mübarizə aparacaq 36 komandanın siyahısı tamamlanıb. ÇL-də Liqa mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İlk turun oyunları 16-18 sentyabrda oynanılacaq. Reqlamentə əsasən, bu mərhələdə hər bir iştirakçı komanda 4-ü evdə, 4-ü səfərdə olmaqla, 8 matça çıxacaq.

Digər xəbərlər