"Qarabağ" Premyer Liqa klublarına da pul qazandırdı - Məbləğ
Əziz Əzizli
Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.
Operativ Media QOL.az saytına istinadən xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədi ilə maddi yardım ayıracaq.
Konkret Azərbaycana gəlincə, Misli Premyer Liqasında yarışan 12 klubdan 11-nin ("Qarabağ" istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir. Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.
Məsələ burasındadır ki, "Qarabağ"ın ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.
Teqlər:
"\"Qaraba\u011f\" Premyer Liqa klublar\u0131na da pul qazand\u0131rd\u0131 - M\u0259bl\u0259\u011f"