Ana səhifə / İdman / "Nyukasl" "Barselona"nın futbolçusunu transfer etmək istəyir "Nyukasl" "Barselona"nın futbolçusunu transfer etmək istəyir 29.08.2025, 08:50 Əziz Əzizli "Nyukasl Yunayted" "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezi transfer etmək istəyir. Operativ Media xəbər verir ki, bu haqda jurnalist Xose Alvares Aya "X" sosial şəbəkəsində yazıb. Mənbənin məlumatına görə, İngiltərə klubu 22 yaşlı ispan üçün 100 milyon avro ödəməyə və futbolçunun maaşını 4 dəfə artırmağa hazırdır. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. Lopezlə "Tottenhem" və "Çelsi" də maraqlanır. 2024/25 mövsümündə Lopez bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. Teqlər: "\"Nyukasl\" \"Barselona\"n\u0131n futbol\u00e7usunu transfer etm\u0259k ist\u0259yir"