23 Fevral 2023, 16:16
Mozambikdə vəba epidemiyasında ölənlərin sayı 37-yə çatıb
Mozambikdə vəba epidemiyasında ölənlərin sayı 37-yə çatıb şəkil
Mozambikdə vəba epidemiyasında ölənlərin sayı 37-yə çatıb

Mozambikdə vəba epidemiyasında həyatını itirənlərin sayının 37-yə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Mozambikin Səhiyyə naziri Armindo Tiaqo epidemiya səbəbiylə həyatını itirənlərin sayının ilin əvvəlindən bu yana 37-yə yüksəldiyini açıqlayıb.

İndiyə qədər 5 mindən çox yoluxma halı aşkar etdiklərini qeyd edən Tiaqo, vəba epidemiyası ilə mübarizə üçün peyvənd təmin etdiklərini və bu həftə əhalinin peyvəndlənməsinə başlayacaqlarını açıqlayıb.

Qlobal səhiyyə qurumları və hökumətlərin tədbirləri sayəsində illərdir azalan vəba hadisələri iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən artmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.

Son xəbərlər
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DSX: İrandan Azərbaycana narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
XİN Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edib