Menyu

PFL prezidenti Elxan Səmədov Serbiya Super Liqasının baş katibi ilə görüşüb

Operativ Media
PFL prezidenti Elxan Səmədov Serbiya Super Liqasının baş katibi ilə görüşüb

Serbiya Super Liqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, ölkəmizə səfər çərçivəsində Peşəkar Futbol Liqasının qonağı olan Darko Ramovs qurumun prezidenti Elxan Səmədov ilə görüşüb. Görüş zamanı Serbiya Super Liqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olunub. Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs Peşəkar Futbol Liqasına və Azərbaycan futboluna uğurlar arzu edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər