Menyu

Yaponiya səfiri: İnanıram ki, Ağdam Xirosima kimi sülh və firavanlıq mərkəzinə çevriləcək

Yaponiya səfiri: İnanıram ki, Ağdam Xirosima kimi sülh və firavanlıq mərkəzinə çevriləcək

Ötən ilin oktyabr ayında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov "Merlər sülh naminə" 10-cu Baş Konfransında iştirak etmək üçün Xirosimaya səfər edib və şəhər meri ilə Ağdam və Xirosima şəhərləri arasında gələcək əməkdaşlığı müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda Yaponiyanın milli bayramı - Təvəllüd Günü, İmperator əlahəzrət Naruhitonun 63-cü doğum günü münasibətilə keçirilən tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada deyib.

"İnanıram ki, Ağdam gələcəkdə Xirosima kimi sülh və firavanlıq mərkəzinə çevriləcək. Yaponiya hökuməti və xalqı adından ümid edirəm ki, həm bu regionda, həm də bütün dünyada əbədi sülh bərqərar olacaq" - diplomat əlavə edib.

Teqlər:

"Yaponiya səfiri: İnanıram ki Ağdam Xirosima kimi sülh firavanlıq mərkəzinə çevriləcək"

Əlaqəli Xəbərlər