http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bakıda “Jeep” markalı avtomobili qaçıran şəxs qəza törədib

24 Fevral 2023 , 10:41
Bakıda “Jeep” markalı avtomobili qaçıran şəxs qəza törədib

Fevralın 19-da saat 1 radələrində Səbail rayonu ərazisindən “Jeep” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən olunub. 

Avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.

39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Kamran Nərimanlı müəyyən olunaraq saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb

Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb

Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 10:07

    Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək
  • 10:02

    Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb
  • 09:53

    Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:50

    KİV: İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Beyruta 20-yə yaxın zərbə endirib
  • 09:45

    Messi dubl etdi, "İnter Mayami" çempion oldu
  • 09:40

    Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb
  • 09:37

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:27

    Dünya Çempionatında daha 2 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq
Menyu