Azərbaycanda fevralın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin fevralın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 775 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 12-17°, gündüz 3-8° şaxta olacağı proqnozlaşdırılır.






