Menyu

Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub- VİDEO

Şəfa Hüseynli
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub- VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib. 

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulmuş tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsinə yönəldilib.

Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

Teqlər:

"Az\u0259rbaycan Ordusunda praktiki m\u0259\u015f\u011f\u0259l\u0259l\u0259r icra olunub- V\u0130DEO"

Fotogalereya

Əlaqəli Xəbərlər