Menyu

Aralıq dənizində 5,1 bal zəlzələ baş verib

Operativ Media
Aralıq dənizində 5,1 bal zəlzələ baş verib
1 dəq oxu

Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə 20:49) qeydə alınıb.

Yeraltı təkanların episentri Aralıq dənizində, Türkiyənin Muğla vilayətinin Datça rayonundan 253,19 kilometr məsafədə yerləşib.

Zəlzələnin ocağı 9,07 kilometr dərinlikdə olub.

Təkanların coğrafi koordinatları 34,53233° şimal enliyi və 26,553° şərq uzunluğu təşkil edib.

Əlaqəli Xəbərlər