Uitkoff və Kuşner ABŞ-ni Rusiya-Ukrayna danışıqlarında təmsil edəcək
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarında Vaşinqtonu təmsil edəcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərindən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Uitkoff və Kuşnerin danışıqlarda ABŞ nümayəndələri qismində iştirakı gözlənilir.
Qeyd edək ki, Stiv Uitkoff daha əvvəl "X" sosial şəbəkəsində Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı işçi qrupları səviyyəsində məsləhətləşmələrin noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcəyini açıqlayıb. Lakin o, görüşdə iştirak edəcək şəxslərin adlarını açıqlamayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Uitkoffla görüşündə Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduqlarını bildirib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüşün noyabrın ilk ongünlüyündə Əbu-Dabidə keçirilməsi mümkündür.