Menyu

Əraqçi İranın şərtlərini açıqlayıb

Operativ Media
Əraqçi İranın şərtlərini açıqlayıb
1 dəq oxu

ABŞ və İran arasında mümkün danışıqların gündəliyi Tehranın daha əvvəl irəli sürdüyü yeddi günlük planın şərtlərini əhatə edir.

Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Əraqçinin sözlərinə görə, hazırda müzakirə olunan plan İranın daha əvvəl təqdim etdiyi və “yeddi günlük plan” adlandırılan təklifdir. Planda Hörmüz boğazının açılması və ABŞ-la danışıqların bərpası üçün konkret şərtlər nəzərdə tutulur.

Nazir bildirib ki, plana əsasən, ilk gün ABŞ bir sıra tədbirlər həyata keçirməli, ikinci gün isə Hörmüz boğazında gəmi hərəkəti əvvəlki vəziyyətinə qayıtmalıdır. İranın şərtləri yerinə yetirilərsə, altıncı gün boğaz açılacaq, yeddinci gün isə iki ölkə arasında danışıqlar bərpa olunacaq.

Əraqçi xatırladıb ki, plan Nyu-Yorkda, BMT Baş Assambleyasının iclası zamanı təqdim edilib.

O qeyd edib ki, ABŞ-nin öhdəlikləri İslamabad Anlaşma Memorandumunda əksini tapıb. Memorandumun 9-cu bəndinə əsasən, Vaşinqton yeni sanksiyalar tətbiq etməməli və regiondakı hərbi qüvvələrini artırmamalıdır.

İranın xarici işlər naziri bildirib ki, Tehran memorandumdan sonra tətbiq edilən yeni sanksiyaların ləğvini, ABŞ hərbi qüvvələrinin əvvəlki səviyyəyə qaytarılmasını və mühasirənin aradan qaldırılmasını tələb edir. Neftlə bağlı istisnalar və digər şərtlər də İranın təqdim etdiyi yazılı sənəddə yer alıb.

Əraqçinin sözlərinə görə, Hörmüz boğazında gəmi hərəkəti İran və Oman arasında razılaşdırılmış yeni marşrut üzrə təşkil edilməli, cənub istiqamətindəki digər marşrutlar isə bağlanmalıdır.

Nazir vurğulayıb ki, İranın şərtləri yerinə yetirildikdən və Hörmüz boğazı açıldıqdan sonra ABŞ-la danışıqların bərpasına şərait yaranacaq.

Əlaqəli Xəbərlər