Menyu

Tramp İranla müharibəyə xərclənən 30 milyard dolları əhəmiyyətsiz adlandırıb

Operativ Media
Tramp İranla müharibəyə xərclənən 30 milyard dolları əhəmiyyətsiz adlandırıb
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata sərf olunan 30 milyard dolları əhəmiyyətsiz məbləğ hesab etdiyini bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə "Fox News" telekanalının efirində danışıb.

Trampın sözlərinə görə, Konqresin bir üzvü İranla müharibəyə 30 milyard dollar xərclənməsini tənqid edib. ABŞ lideri isə bu məbləğin çox kiçik olduğunu və Vaşinqtonun Venesueladan bunun dəfələrlə çox qazanc əldə etdiyini iddia edib.

Amerika Prezidenti ABŞ-nin İranla münaqişədə güclü mövqedən çıxış etdiyini vurğulayıb. O, tərəflər arasında razılaşma əldə olunması ehtimalının yüksək olduğunu da qeyd edib.

Xatırladaq ki, Tramp noyabrın 2-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını açıqlayıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə həmin gün Tehranla münaqişənin dayandırılması üzrə məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə olunduğunu bildirib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin İran tərəfindən pozulduğunu əsas gətirərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Qeyd edək ki, dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

Sonradan ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqini dayandırmağa və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərməyə yönəlmiş siyasətə keçməyə dair mövqeyini açıqlayıb.

Əlaqəli Xəbərlər