ABŞ Qeşm adasında radar və raket qurğularını hədəfə alıb
ABŞ hərbçiləri İranın Qeşm adasında yerləşən radar sistemlərinə və raket buraxılış qurğularına zərbələr endirir.
Operativ Media xəbər verir ki, bu barədə "NewsNation" telekanalının jurnalisti Kelli Meyer "X" sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, ABŞ qüvvələri İranın Hörmüz boğazındakı Qeşm adasında hərbi obyektləri hədəfə alır.
Bundan əvvəl "The Wall Street Journal" nəşri də ABŞ ordusunun Qeşm adasına hücum etdiyini yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını bildirib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə Vaşinqton və Tehran arasında münaqişənin dayandırılması ilə bağlı məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb.