Menyu

“Nyukasl” və “Everton” Qabriel Sara ilə maraqlanır

Operativ Media
“Nyukasl” və “Everton” Qabriel Sara ilə maraqlanır
1 dəq oxu

İngiltərənin “Nyukasl” və “Everton” klubları “Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Sara üçün yanvar transfer pəncərəsi açılmadan əvvəl rəsmi təklif hazırlayır.

Operativ Media xəbər verir ki, bu barədə "Fussbal News" məlumat yayıb.

27 yaşlı braziliyalı futbolçu ilə İtaliyanın “Napoli” və “Roma” klubları da maraqlanır. Bundan əvvəl isə “Aston Villa” və “Brayton”un da oyunçunun transferini nəzərdən keçirdiyi bildirilib.

Məlumata görə, “Qalatasaray” danışıqlara başlamaq üçün 40 milyon avro tələb edə bilər. Bununla belə, tərəflər arasında təxminən 35 milyon avro qarşılığında razılığın əldə olunması da mümkün hesab edilir.

Əlaqəli Xəbərlər