Menyu

Gürcüstandan Azərbaycana mobil telefonun keçirilməsinin qarşısı alınıb

Operativ Media
Gürcüstandan Azərbaycana mobil telefonun keçirilməsinin qarşısı alınıb
1 dəq oxu

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində mobil telefonların bəyan olunmadan gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Operativ Media xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gizlədilən, gömrük orqanına bəyan edilməyən 433 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər