Menyu

Kriştianu Ronaldunun oğlu Portuqaliya U-17 millisinə çağırılıb

Operativ Media
Kriştianu Ronaldunun oğlu Portuqaliya U-17 millisinə çağırılıb
1 dəq oxu

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun 16 yaşlı oğlu Kriştianu Ronaldu Juniorun (Kriştianinyo) U-17 yığmasına ilk dəvəti göndərilib.

Operativ Media xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Portuqaliyanın U-17 millisinin baş məşqçisi Filipe Ramuş 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək 23 futbolçunun siyahısına Kriştianinyonu da daxil edib.

Komandanın təlim-məşq toplanışı noyabrın 6-dan 17-dək davam edəcək. Portuqaliya yığması bütün oyunlarını doğma meydanda keçirəcək. Komanda noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.

Kriştianinyo U-17 millisinə ilk dəfə dəvət alsa da, daha əvvəl Portuqaliyanın U-15 və U-16 komandalarında çıxış edib. Onun bu yaş qruplarında ümumilikdə 13 oyunu var.

Yarımmüdafiəçi mövqeyində çıxış edən 16 yaşlı futbolçu hazırda atasının da formasını geyindiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında çıxış edir.

Əlaqəli Xəbərlər