Menyu

Qaradağda 5 yeni körpü inşa edilərək istifadəyə verilib

Operativ Media
Qaradağda 5 yeni körpü inşa edilərək istifadəyə verilib
1 dəq oxu

Qaradağ rayonunda son bir neçə ay ərzində rayonda 5 yeni körpü inşa edilərək istifadəyə verilib.

Operativ Media xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, onlardan 3-ü Qobustan qəsəbəsi ərazisində, Bakı–Ələt–Qazax magistral avtomobil yolunun 55-ci kilometrində, digər 2-si isə Səngəçal–Çeyildağ və Lökbatan–Güzdək avtomobil yollarında yerləşir.

Qobustanda istifadəyə verilən üçüncü körpünün uzunluğu 45,2 metr, hərəkət hissəsinin eni isə 10 metrdir.

Qeyd edək ki, eyni ərazidə yerləşən dördüncü körpünün də sökülərək yenidən inşasına yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər