http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Naxçıvan MR prokurorunun müavini Şahbuz rayonunda vətəndaşları qəbul edib

24 Fevral 2023 , 17:53
Naxçıvan MR prokurorunun müavini Şahbuz rayonunda vətəndaşları qəbul edib

Fevralın 24-ü Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev Şahbuz rayon prokurorluğunun inzibati binasında rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası prokurorunun müavini  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və şəhidlər xiyabanını ziyarət edib, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad edib.

Qəbulda iştirak edən 35 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR
Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

Məhkəmə “Emiland” şirkətini cərimələyib

Məhkəmə “Emiland” şirkətini cərimələyib

3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib

3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib

XƏBƏR LENTİ
  • 11:34

    Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
  • 11:31

    Məhkəmə “Emiland” şirkətini cərimələyib
  • 11:27

    Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
Menyu