Menyu

Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olunub

Nərmin Qocamanlı
Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olunub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Məmmədağalı və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Dilarə Zamanova, Sahil və Turxan Hüseynovlar, eləcə də Tural Məsimbəyli olduqları müəyyən edilib.

Onların barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər