Menyu

Bakıda obyektdə yanğın olub

Nərmin Qocamanlı
Bakıda obyektdə yanğın olub
1 dəq oxu

Bakıda obyektdə yanğın olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 420 m² olan ikimərtəbəli tikilinin (hər mərtəbəsi 210 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər, 2-ci mərtəbəsi idman zalı kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 6 m² sahədə yanıb.

"Yüksək temperaturdan tikilinin 2-ci mərtəbəsinin lambirdən ibarət tavanı 30 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

 

APA

Əlaqəli Xəbərlər