Menyu

Yasamal rayonunda “patı” satan 3 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Yasamal rayonunda “patı” satan 3 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan M.Quliyeva, anası A.Quliyeva və A.Əliyeva tutulublar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. 

Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
          
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər