http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

DİN: Son 20 gündə 38 nəfər saxlanılıb, 174  kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

27 Fevral 2023 , 13:15
DİN: Son 20 gündə 38 nəfər saxlanılıb, 174  kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Müxtəlif şərti adlar altında İran İslam Respublikasından  qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən həmin şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 3 mütəşəkkil dəstə, o cümlədən 38 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 174  kiloqram müxtəlif xassəli narkotik vasitə,  psixotrop maddə, elektron tərəzilər və 6 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

DİN mətbuat xidmətinən "Operativ Media"ya verilən məlumata görə, əməliyyatlar zamanı saxlanılan şəxslərdən Malik Ağayev, Kənan Cəfərov, tanışı Alışan Qədirov, Ramil Kərimov və Samir Mahmudov ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Onlardan Yevlax rayonunda saxlanılan Ramil Kərimovun Gəncə-Qazax regionunda narkotik vasitələrin paylanmasını təşkil edən əsas şəxslərdən biri olduğu müəyyən edilib. Ramil Kərimov diqqət çəkməmək üçün narkotik vasitələri Yevlax rayonunda yerləşən qəbirstanlıqda gizlədib. 

Astara rayonunda 40 kiloqram narkotik vasitə ilə saxlanılan Malik Ağayevin isə külli miqdarda  heroin, metamfetamin və marixuananı İranda yaşayan narkotacirin əmri ilə satmaq məqsədi ilə paytaxt ərazisinə göndərməyi planlaşdırdığı müəyyən edilib. 
Əməliyyatlar nəticəsində bəzi narkokuryerlərin saxlanılmasının real əməliyyat görüntülərini təqdim edirik.

TİTR: Ramil Kərimov,  Narkoşəbəkəyə daxil olan şəxs,
Yevlax rayonu, saat 01:35
Saxlanılan zaman ondan 13  kiloqram narkotik vasitə aşkar edilib

TİTR: Samir Mahmudov, Narkoşəbəkəyə daxil olan şəxs,,
Xətai rayonu, saat 04: 46
Saxlanılan zaman ondan 7  kiloqram narkotik vasitə aşkar edilib
 
TİTR: Kənan Cəfərov və  Alışan Qədirov, Narkoşəbəkəyə daxil olan şəxslər,
Qaradağ rayonu, saat 03: 17
Saxlanılan zaman onlardan 9  kiloqram narkotik vasitə aşkar edilib

 Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

XƏBƏR LENTİ
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
Menyu