http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib

27 Fevral 2023 , 17:30
Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

"Operativ Media" xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanıb.

Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Simulyasiya Mərkəzində keçirilən təlimin sonuncu mərhələsində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilib. Fəaliyyətlərin nəticələri təhlil edilən zaman müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyəti və komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbuletmə bacarıqları yüksək qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR
Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Parlament seçki nəticələrinin təsdiqi üçün sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu