Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.
"Operativ Media" xəbər verir ki, rayonun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 20 ailə, 94 nəfər üçüncü köç karvanı ilə yola salınacaq.
Qeyd edək ki, 50 nəfərlik 10 ailə bu gün, 44 nəfərlik 10 ailə isə martın 3-də köçürüləcək.