http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

28 Fevral 2023 , 12:26
Silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsinə rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar nəticəsində rayon sakinləri N.Nəbiyev, V.Nəbiyev və A.Nəbizadənin müxtəlif vaxtlarda vətəndaşlara məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqlarını oğurlaması məlum olub. Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Bununla da Samux rayon Polis Şöbəsinin əməkdaşları cari ilin müvafiq dövründə oğurluq faktı ilə bağlı 3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 (ümumilikdə 18 kq-a yaxın narkotik vasitə), qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində isə 1 uğurlu əməliyyat tədbiri həyata keçirib.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
Menyu