Menyu

ATƏT-in Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək

Nərmin Qocamanlı
ATƏT-in Minsk qrupunun fəaliyyətinə dekabrda rəsmən xitam veriləcək

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı birgə qərarını alqışlayıb və bu prosesin 2025-ci ilin dekabr ayınadək yekunlaşacağına ümidvar olduğunu bildirib.

Operativ Media  xəbər verir ki, Elina Valtonen bu barədə oktyabrın 14-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Bakı və İrəvanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciətini müsbət qarşılayırıq. Ümid edirik ki, bu proses dekabr ayından gec olmayaraq başa çatacaq”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Minsk qrupunun ləğvini tələb etmiş, Ermənistan isə buna razılıq vermişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər