Qazaxıstanda təyyarə yük maşını ilə toqquşub
Əsəd Abbaslı
Qazaxıstanın Almatı hava limanında yük maşını ilə “Lufthansa Airbus” sərnişin təyyarəsi (Almatı-Astana reysi) toqquşub.
Operativ Media xəbər verir ki, hadisə təyyarə yanacaq doldurmağı bitirdikdən sonra avtomobil dayanacaqdan çıxarkən baş verib.
Mütəxəssislər dərhal yoxlama aparıb və kiçik səth cızıqları aşkar ediblər.
Lazımi texniki tədbirlərdən sonra təyyarəyə havaya qalxmağa icazə verilib.
Hazırda hava limanının uçuş təhlükəsizliyi şöbəsi hadisə ilə bağlı hərtərəfli araşdırma aparır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net