Avropa Komissiyası Gucci, Chloe və Loewe brendlərini cərimələyib
Şəfa Hüseynli
Gucci, Chloe və Loewe brendləri Aİ-nin antiinhisar qaydalarını pozmaqda ittiham olunur.
Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Hər üç lüks brendlər tövsiyə olunan qiymətlərdən kənara çıxdıqları üçün cərimələnib.
Bildirilib ki, ən çox cərimə 120 milyon avro Fransanın Kering konqlomeratının bir hissəsi olan Gucci-yə qoyulub. Fransız moda evi Chloe 20 milyon avro , İspan markası Loewe isə təxminən 18 milyon avro ödəməli olub.