Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib

Operativ Media
Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib

Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.

Operativ Media xəbər verir ki, bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib.

"Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tiflis-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 14 oktyabr 2027-ci il tarixinədək sanksiyalardan azad edilib.


Digər xəbərlər