Qəzza bərpası mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq

Şəfa Hüseynli
Qəzza bərpası mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq

ABŞ-nin rəhbərliyi altında yaradılan Qəzza sektorunun bərpası üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Operativ Media xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, İsraildə yerləşəcək mərkəz atəşkəs razılaşmasının icrasına nəzarət edəcək. Qurumun fəaliyyətə başlaması yaxın günlərdə planlaşdırılır.

Mərkəzə ABŞ-dən general-leytenant rütbəli hərbçi rəhbərlik edəcək, lakin onun adı hələlik açıqlanmayıb.

Qeyd olunur ki, mərkəz İsrailin hərbi bazasında yerləşməyəcək, bu da onun beynəlxalq nümayəndələr üçün daha açıq fəaliyyət göstərməsinə imkan yaradacaq.

Digər xəbərlər