Hindistan Xarici İşlər Nazirliyi, baş nazir Narendra Modi ilə ABŞ prezidenti Donald Tramp arasında son 24 saat ərzində Modinin onu Rusiyadan neft almağı dayandırmaq niyyətinə inandırdığına dair təmaslarla bağlı məlumatlarının olmadığını açıqlayıb.
Operativ Media Nazirliyin sözçüsü Randhir Caisval brifinqdə bildirib:
“Baş nazir Modi ilə prezident Tramp arasında söhbət və ya telefon danışığı olub-olmaması məsələsinə gəlincə, mən dünən iki lider arasında hər hansı danışıqdan xəbərsizəm”.
Xatırladaq ki, oktyabrın 15-də Donald Tramp Modinin ona Rusiyadan neft alınmasını dayandırmağa hazır olduğunu söylədiyini açıqlamışdı. Trampın sözlərinə görə, Hindistanın baş naziri həmin gün onu əmin edib ki, Hindistan Rusiyadan neft almayacaq.
Trampın bu açıqlamalarını şərh edən Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Yeni Dehli enerji idxalı məsələsində ilk növbədə istehlakçı maraqlarını nəzərə alır.