Fransa Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb
Operativ Media

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Fransaya 143 milyon ABŞ dolları dəyərində 281 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,5 dəfə və ya 85,9 milyon dollar, həcm baxımından isə 3,1 dəfə və ya 191,3 min ton üstələyir.
Cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 10,84 milyard dollar dəyərində 20,75 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Fransa 12-ci yerdə qərarlaşıb və ixrac həcminin 1,35 faizi bu ölkənin payına düşüb.