Menyu

Yasamalda 20 kq marixuana aşkarlanıb

Operativ Media
Yasamalda 20 kq marixuana aşkarlanıb

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir. Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.

Ə.Novruzzadə narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə foto və video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumat verib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər