Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 26,4 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 2 dəfə üstələyir.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, cari ilin ilk 10 ayında 13 135,9 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 53,3 faiz çoxdur. Noyabr ayının 1-nə 659,3 min manatlıq hazır məhsul ehtiyatı olub.