Tokayev və Nikol Paşinyan birgə bəyanat qəbul ediblər
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyanat qəbul ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tərəflər iki ölkə arasında məxfi məlumatların ötürülməsi, istifadəsi, mühafizəsi və təhlükəsizliyi haqqında, diplomatik nümayəndəliklərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı verilməsi, 2026–2030-cu illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, elm və ali təhsil sahəsində əməkdaşlıq və başqa sahələrdə razılığa gəliblər.