Menyu

Azərbaycan və Maldiv arasında vizasız rejim nə vaxt qüvvəyə minir?

Operativ Media
Azərbaycan və Maldiv arasında vizasız rejim nə vaxt qüvvəyə minir?

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin vizasız səfəri haqqında saziş 24 sentyabr 2025-ci ildə Nyu-York şəhərində imzalanıb".

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev məlumat verib:

"Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı gediş-gəlişini sadələşdirmək və ikitərəfli münasibətləri inkişaf etdirmək məqsədi daşıyır.

Sazişə əsasən, Azərbaycan və Maldiv vətəndaşları etibarlı ümumvətəndaş pasportları ilə qarşı tərəfin ölkəsinə vizasız səfər edə və orada 90 günədək qala bilərlər. Pasportun etibarlılığı giriş tarixindən sonra ən azı 180 gün olmalıdır. 90 gündən artıq qalmaq, işləmək və ya təhsil almaq istəyən şəxslər isə əvvəlcədən viza almalıdırlar.

Tərəflər sazişi müvəqqəti olaraq milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq səbəbləri ilə tamamilə və ya qismən dayandıra bilərlər.

Vizasız səfərlərin tətbiqi üçün hər iki ölkə daxili prosedurlarını tamamlamalı və diplomatik kanallarla bir-birinə bildiriş göndərməlidir".

"Saziş sonuncu diplomatik bildiriş alındıqdan 30 gün sonra qüvvəyə minəcək", - deputat qeyd edib.

Əlaqəli Xəbərlər