Menyu

Məktəblərdə 6 gün dərs olmayacaq

Operativ Media
Məktəblərdə 6 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili başlayacaq.

Operativ Media xəbər verir ki, məktəblilərin qış tətili yanvarın son həftəsində (27-31 yanvar) olur, bu, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin Qərarına əsaslanır.

2025-2026-ci tədris ili üçün də məktəblilərin qış tətili yanvarın 27-dən başlayacaq.

Fevralın 1-i bazar gününə düşdüyündən, ikinci yarımilin ilk dərs günü 2 fevralda olacaq.

Bununla da 27, 28, 29, 30, 31 yanvar və 1 fevral da daxil olmaqla ardıcıl 6 gün dərs olmayacaq.

Əlaqəli Xəbərlər