Menyu

MİDA 40 min manata güzəştli mənzillər satışa çıxarır

Operativ Media
MİDA 40 min manata güzəştli mənzillər satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Operativ Media xəbər verir ki, bunu "Report"a açıqlamasında qurumun mətbuat katibi Diana Dadaşova bildirib.

Onun sözlərinə görə, satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq: "Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür".

D. Dadaşovanın sözlərinə görə, Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

1 otaqlı mənzil – 40 200 manat,

2 otaqlı mənzil – 45 225 manat,

3 otaqlı mənzil – 70 490 manat,

4 otaqlı mənzil – 103 740 manat.

MİDA rəsmisi əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq.

Bunu da oxu: MİDA-dan mənzil almaq üçün tələblər nələrdir? - İZAH

Bundan başqa, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Diana Dadaşovanın sözlərinə görə, mənzillər həm ipoteka krediti, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə təklif olunur.

D.Dadaşova qeyd edib ki, satışa çıxarılan mənzillərdə işıq, qaz, su və digər zəruri kommunal təminatlar tam mövcuddur və yaşayış üçün hazır vəziyyətə gətirilib.

Onun sözlərinə görə, Şirvan Yaşayış Kompleksi üzrə mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

2 otaqlı mənzil – 61 815 manat

3 otaqlı mənzil – 73 785 manat

4 otaqlı mənzil – 93 765 manat

D. Dadaşova əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında həyata keçiriləcək.

Şirvan Yaşayış Kompleksində ümumilikdə 1 264 mənzil mövcuddur.

Əlaqəli Xəbərlər