Menyu

Almaniya kansleri Netanyahu ilə danışıqlar aparacaq

Operativ Media
Almaniya kansleri Netanyahu ilə danışıqlar aparacaq

Almaniya kansleri Fridrix Merts dekabrın 6-7-də İsrailə səfər edəcək və burada baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Meyer Berlində jurnalistlərə bildirib.

Məlumata görə, onun Netanyahu ilə görüşü dekabrın 7-nə planlaşdırılıb.

"İkitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin sabitləşdirilməsi, eləcə də digər beynəlxalq məsələlər diqqət mərkəzində olacaq", - deyə qeyd edilib.

Əlaqəli Xəbərlər