Menyu

İrlandiya Azərbaycandan xam neft tədarükünü artırıb

Operativ Media
İrlandiya Azərbaycandan xam neft tədarükünü artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrlandiyaya 214,8 milyon ABŞ dolları dəyərində 410,7 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 1,9 dəfə və ya təqribən 104,4 milyon dollar, həcm baxımından isə 2,3 dəfə və ya 236,4 min ton üstələyir.

Cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 10,84 milyard dollar dəyərində 20,75 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İrlandiya 9-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,97 faizi bu ölkənin payına düşüb.

Əlaqəli Xəbərlər