Menyu

Azərbaycan və ABŞ süni intellekt sahəsində imkanlarının genişləndirilməsini müzakirə edib

Operativ Media
Azərbaycan və ABŞ süni intellekt sahəsində imkanlarının genişləndirilməsini müzakirə edib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşüb.

Operativ Media xəbər verir ki,bu barədə nazir sosial media hesablarında paylaşım edib.

"Görüşdə Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə etdik.

Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi apardıq."- nazir qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər